Nigeriyada səhvən endirilmiş aviazərbə qurbanlarının sayı 230-u keçib

Nigeriyada səhvən endirilmiş aviazərbə qurbanlarının sayı 230-u keçib Nigeriya Hərbi-Hava Qüvvələrinin qaçqın düşərgəsinə səhvən endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 236-ya çatıb.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, insident yanvarın 17-də “Boko Haram” terror qruplaşmasına qarşı keçirilən hərbi əməliyyat zamanı Kamerunla həmsərhəd Renn şəhərində baş verib.


Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.


Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri