Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
- 22.01.2017, 17:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.
Rayonun Zeyvə kənd sakini 1973-cü il təvəllüdlü Ruslan Qədimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və maşında olan sərnişin, 1962-ci il təvəllüdlü Asif Əskərov müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.