Trans Adriatik boru kəməri Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib

Trans Adriatik boru kəməri Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilibTrans Adriatik boru kəməri (TAP) Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib.

Seçim haqqında qərar konsorsium tərəfindən cümə günü elan edilib.

Azərbaycan qazının Avropaya nəqli üçün rəqabət aparan ikinci boru kəməri isə "Nabucco West" idi.

TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə ikinci mərhələ çərçivəsində hasil ediləcək qaza layihə üçün əsas mənbə kimi baxılır.

İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Onu il ərzində 20 milyard kubmetrədək artırmaq imkanı mövcuddur.

İsveçrənin "AXPO" (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləri TAP layihəsinin səhmdarlarıdır.

TAP-ın tikintisinin 2015-ci ildə başlanacağı gözlənilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri