Bakıda 46 yaşlı kişi müalicə olunduğu xəstəxanada intihar edib
- 23.01.2017, 09:18,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda intihar hadisəsi baş verib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb. Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.