SOCAR: Valyutalarımızın dəyərdən düşməsi Türkiyədəki layihələrimizə təsir etmir
- 23.01.2017, 10:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"TürKiyədə lirənin, Azərbaycanda isə manatın dəyərdən düşməsi SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrə təsir etməyəcək". APA xəbər verir ki, bunu "SOCAR Türkiye A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
"Biz Türkiyədəki layihələrimizi 4-5 illik deyil, 40-50 illik müddət üçün nəzərdə tutmuşuq. Heç bir böhran layihələrimizin icrasına təsir etmir. İnvestisiyalarımızı yatırmaqda davam edəcəyik", - deyə o bildirib.
Z. Qəhrəmanov qeyd edib ki, ümumi dəyəri 2,7 mlrd. dollar olan STAR zavodu 2018-ci ildə istismara veriləcək.
Hər il "Petkim" layihəsinə 150 mln. dollar investisiyanın yatırıldığını deyən şirkət rəhbəri əlavə edib ki, "bu yatırımlar olmazsa, "Petkim"in bazar payı 17%-dən 10%-dək azala bilər".