Nazir: "Məhkəmə çəkişmələri Bakı-Tbilisi-Qars layihəsinin icrasını 3 il gecikdirib"

Nazir: "Məhkəmə çəkişmələri Bakı-Tbilisi-Qars layihəsinin icrasını 3 il gecikdirib" Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının cari ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur. Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.


"Hal-hazırda dəmir yolu layihəsinin inşası ilə bağlı qızğın işlər gedir. Qış fəslinin də çətinliklərini nəzərə alsaq mart və ya aprel ayında inşaat işlərini yekunlaşdırmağı planlaşdırırıq", - deyə nazir vurğulayıb.


Layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən danışan nazir deyib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikmə ilə icrasına səbəb olub: "Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1 ildən çox, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdı".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri