“Bakı Fond Birjası” 5 investisiya şirkətini üzvlükdən çıxarıb
- 25.01.2017, 09:56,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC “Qiymətli kağızlar bazarı haqqında” qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.
Bu barədə APA-ya BFB-dən məlumat verilib.
Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək.
Qeyd edək ki, “BROKDİL-AZ”, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.
Hazırda BFB-nin “Kapital Menecment İ.Ş. ASC”, “İnvest-AZ İ.Ş. QSC”, “Az-Finans İ.Ş. QSC”, “Unicapital İ.Ş. ASC”, “Paşa Kapital İ.Ş. QSC” və “PSG-Kapital İ.Ş. QSC” daxil olmaqla 6 üzvü vardır.