"Azərbaycan Hava Yolları" QSC (AZAL) gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözləyir". Bunu APA-ya AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
"Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.
O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər.
"O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.
***
London-Bakı aviareysində gecikmə yaranıb. APA xəbər verir ki, aviareys Bakı vaxtilə saat 07:35-də yerinə yetirilməli idi.
Gecikməyə səbəb Bakı-London reysində baş verən insidentdir. Belə ki, bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, təyyarədəki sərnişinlərdən biri həddən artıq spirtli içki qəbul edib. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Reys yerinə yetirildikdən sonra Hitrou hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.
Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.
***
Yanvarın 24-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.
AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.
Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.