"Neftçi" ilk oyunda "Qarabağ" klubuna qalib gəldi
- 18.04.2013, 10:56,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" oyuna ciddi hazırlaşmışdı, bütün xırdalıqlara fikir vermişdik, oyun istədiyimiz kimi gedirdi. Hər iki komanda açıq oyun nümayiş etdirdi. Trend-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
Qurbanov qeyd edib ki, oyun onların istədiyi kimi gedib.
"İlk qolu vurmağımız yaxşı oldu. Amma hesabı qoruya bilmədik. Birinci qol epizodunda penaltinin olub-olmadığını deyə bilmərəm. Çünki mən də epizoddan uzaqda idim. Buraxdığımız ikinci qolda isə futbolçularımızın səhvi oldu", deyə Qurbanov bildirib.
Q.Qurbanov etdiyi əvəzetmələrlə bağlı danışarkən qeyd edib ki, rəqibin futbolçuları yorulduğu üçün bu addımı atıb: "Mən orta xətti gücləndirmək istədim ki, meydana təzə girən futbolçular rəqibin yorğunluğundan istifadə etsinlər".
O, komandasının yeni transferlərindən razı qaldığını da söyləyib: "Onlar yaxşı təsir bağışlayır".
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev isə mətbuat konfransında bildirib ki, 2:1 kubok oyunu üçün sürüşkən hesabdır.
"Çalışacağıq ki, növbəti oyunda uğurumuzun davamını gətirək. Əsas odur ki, "Qarabağ"la matçda uğursuzluq sindromu qırdıq. Etiraf edirəm ki, üç oyundur, onları qalib gələ bilmirdik. "Neftçi" və "Qarabağ" bir-birinə layiqli rəqibdir", Hacıyev bildirib.
O qeyd edib ki, "Neftçi" bu gün rəqibindən daha yaxşı oynayıb.