Alina Kabayeva: "Mənim uşağım yoxdur"
- 28.06.2013, 16:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Vladimir Putunin qalmaqallı boşanmasından üç həftə sonra Rusiya Dövlət Dumasının keçmiş deputatı gimnast Alina Kabayeva öz şəxsi həyatı ilə bağlı açıqlama verib. ANS-in verdiyi xəbərə görə, “Bolşoy sport” jurnalına verdiyi müsahibədə Kabayeva bunları bildirib: “Həyat təcrübəm məni şəxsi həyatıma heç kəsi buraxmamağı öyrədib. Yalnız onu deyə bilərəm ki, mənim uşağım yoxdur. Bu həqiqətdir.”
İlk dəfə Vladimir Putinlə Kabayeva arasında münasibətlərin olması ilə bağlı 2008-ci ildə “Moskovskaya pravda” qəzeti məlumat yayıb. Qəzet bildirib ki, dövlət başçısı Lüdmila Putina ilə boşanaraq gimnastla evlənmək niyyətindədir.
Hər iki tərəf bunu rədd etsə də, 2009-cu ildə cütlüyün birinci uşaqlarının olması ilə bağlı xəbərə yayılmışdı. “The New York Post”un yazdığına görə, Kabayeva uşağı Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyevin şərəfinə adlandırıb. İki il sonra mətbuatda onun uşaqla şəkli çıxanda gimnast bunu rədd edərək uşağı olmadığını bildirmişdi.
Bir qədər sakitlikdən sonra 2013-cü ilin yanvarında Alina Kabayevanın Vladimir Putindən daha bir uşağının dünyaya gəlməsi ilə bağlı xəbərər yayıldı. Bu barədə də “The New York Post” məlumat yaymışdı. Körpənin isə qız olduğu xəbər verilirdi.
Bu yaxınlarda Putinin xanımı ilə boşanması yenidən onların münasibətlərini gündəmə gətirdi. Britaniya qəzeti “The Daily Telegraph” isə prezidentin boşanmasını Kabayeva ilə münasibətlərini rəsmiləşdirmək məqsədi güddüyü ilə əlaqələndirib. Lakin Kremldə bu məlumatı dərhal təkzib etdilər. Prezidentin mətbuat katibi Peskov Putinin həyatında heç bir qadının olmadığını bildirmişdi.