Tolik: "İlhamə Quliyeva kimi ölmək istəmirəm"
- 25.01.2017, 17:00,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tolik maraqlı açıqlama verib.
Live.az-ın məlumatına görə, bu gün lent.az-ın canlı efirində qonaq olan prodüser Tolik şou-biznesdə İlhamə Quliyevanın sağkən və ölümündən sonrakı bəzi məsələlərə aydınlıq gətirib.
Tolik bu açıqlamaları ilə bir çox müğənnilərin söz atıb:
"Bəzi yaltaq müğənnilər var ha, İlhamə Quliyevanın cəbhəsindən keçiblər indi başqa cəbhəyə. Mən İlhamə xanımın hər zaman yanında olan adam kimi bilirəm də. Zəng edirdi ki, "İlhamə xanım, mən bu dəqiqə efirdəyəm. Titul vermisiniz ha mənə, onu efirdən deyin də". Natavana deyirdi "Prinçessa". Bu titul üstə dava gedirdi. Çox adama "ad" qoydu.
O adlar bu gün də işlənilir. İndi bəziləri də titul verir. O müğənnilər ki, toydan aş yığdırıb evlərinə aparırlar. Maşınlarına oturursan aş iyi verir. İlhamə Quliyeva indi haqq dünyasındadır. Cənnətdədir, cəhənnəmdədir, bunu biz bilmirik. Bunu Allah bilir! İdeal insan yoxdur. İndi çoxu mənim İlhamə Quliyevanı təriflədiyimi düşünər. O dünyada mənə ad verəcək? İlhamə Quliyeva öləndən sonra mən hər bir addımıma fikir verməyə başladım. Mən elə ölüm istəmirəm. Mən istəyirəm ki, siz mənə insan kimi dəyər verəsiniz".