Useyn Boltun olimpiya medalı əlindən alınıb
- 25.01.2017, 22:44,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfsanəvi atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb. APA-nın məlumatına görə, sprinterin Pekin-2008-də 4x100 metrə yarışlarında qazandığı çempionluq ləğv edilib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) açıqladığı məlumata əsasən, qeyd edilən yarışda Boltun komanda yoldaşı Nesta Karter dopinq istifadə edibmiş. Bu səbəbdən də, Karterlə bərabər bütün komandanın nəticəsi ləğv edilib.
Boltla bərabər yamaykalı digər atletlər Asafa Pauell və Maykl Freyterin də medalları əllərindən alınıb.
Qeyd edək ki, əfsanəvi sprinter ardıcıl 3 Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 metr, 200 metr və 4x100 metr yarışlarında qızıl medal qazanıb.