Madlen Olbrayt islamı qəbul etməyə hazır olduğunu bildirib

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Suriyadan olan qaçqınları qəbul etməkdən və müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən imtina edən prezident Donald Trampa cavab olaraq islamı qəbul etməyə hazır olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır", - deyə M. Olbrayt bildirib.

Sabiq dövlət katibi səhifəsinə Azadlıq heykəlinin fotosunu da yerləşdirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri