Ekstremal soyuq hava şəraiti, yaradıcı heyətin yüksək hərarəti, və hətta yandılmış avtobus - bunlar hamısı Eldar Qasımovun - «Tell me about love» manısına şəkilən klipdə baş verirdi. Mahnı və ekran işi qəmli sevgi hekayəsindən bəhs edir, hansı ki, bir çox sınaqlardan keçib, lakin bir şeyə qalib gələ bilmir - sadıqlik.
Mahnının müəllifləri Eldar Qasımov və Orxan Bağırov, mahnının prodüseri isə məşhur İsveç bəstəkarı İohan Yembtberqdir.
Klipin ərsəyə gəlməsində əməyi olan komanda «Empire Entertaiment»-dir. Klipin rejissoru və ssenari müəllifi gənc və istedadlı İlkin Şirinli, montaj və color correction Aleks Anişenko, backstage Ramin Niftəliyev, icracı prodüseri Murad Qurbanov, baş prodüser Ömər Əbdulkərimovdur. Klipdə əsas rollarda «Alarm Dance Crew» qrupunun rəqqasları Leyli Mişina və Ramil Məmmədli çıxış ediblər.
Bu mahnı suallarla doludur. Kasıb və dövlətli, dürüst və o qədər də yox, qorxaqla və ya dünyanın ən güclü milyonlarla insanın cavablarını axtardığı suallarla... Niyə?, Bundan sonra necə yaşayım? Belkə bir daha sınayım? Bağışlayım? Dəyərmi?. Bu mahnı da digər mahnılarda olduğu kimi bu sullarən heç birinə cavab vermir. Amma bu mahnıda şəxsi və dramatik bir hekayədən danışılır.
Mən heç bir şəkildə dinləyəciləri ürək ağrılarından, yuxusuz gecələrindən və sonrakı peşmançılıqlardan çəkindirmək istəmirəm. Əksinə biz hamımız qazandıqlarmızın qiymətini bilmək üşün itirməyin dadını bilməliyik. İtirməkdən qorxmaq lazım deyil. Ən əsası isə sevməkdən qorxmaq lazım deyil. Bütün varlığımla, həqiqətən, bəzən cavabsız və bəzən də inkar edilmiş olsa belə. Çünki, sevgi insan üçün ən böyük vergidir,- belə Eldar mahnı haqda fikirlərini bildirib.