Xalq artisti Aygün Kazımova paytaxt məkanlarının birində ad gününü qeyd edib.
Live.az-ın məlumatına görə, 46 yaşını qeyd edən xalq artistinin özəl gününə çox sayda dost və tanışları gəlib.
Gecənin aparıcılığını Yusif Ağayev edib.
Xalq artisti açılış sözündə bildirib ki: "Mən ad günü keçirməyi sevirəm. Düz 46 ildir ki, 26 yanvarı xüsusi qeyd edirəm. Düz 30 ildir ki, sənətdəyəm. Bu münasibətlə payızda "Crystal Hall"da konsert verəcəyəm. Həmin konsert də möhtəşəm olacaq".
Deməli həmin gün fotosessiya və manı təqdim edəm diva, konsertitnində anonsunu verdi.
Gecədə əməkdar artistlər Ədalət Şükürov, Nura Suri, Lalə Məmmədova, Lətifə Soyuöz, Rəhim Rəhimli, Elnur Məmmədov, Elçin Cəfərov, Kərim Abbasov, Rafael İsgəndərov, Afaq Gəncəli, Könül Muxtarova, Kazım Sübhan və başqaları iştirak edib.