Aparıcı Könül Muxtarova “Klip+” verilişində qonağ olub.
Aparıcı keçmiş həyat yoldaşı, aktyor Elçin Məmmədlidən danışıb. O bildirib ki, boşanmasına səbəb xəyanət olub:
“İndi aramızda “salam” var. Qızımıza görə həftədə bir dəfə zəng edib danışır. Yenidən barışıq ola bilməz. Elçinə demişəm, ideal dost və sevgilidir. Amma yaxşı ata və həyat yoldaşı deyil. Hazırda həyatımda yeganə sevgim qızım İncidir. Onu dəli kimi sevirəm. Onunla hər dəfə danışanda həyəcanlanıram. O, mənim hər şeyimdir".
Xatırladaq ki, Könül vaxtilə Xəzər, ATV və İdman Azərbaycan kanallarında müxbir və aparıcı kimi fəaliyyət göstərib. Aktyor Elçin Məmmədovla ailə qurduqdan sonra efirlərdən uzaqlaşmışdı. Cütlüyün bir qız övladı var. Sonradan cütlük ayrılıb. Hal-hazırda Köünl Xəzər Tv-də fəaliyyət görsədir.