Azərbaycanda nağdsız hesablaşmaların həcmi 80%-ə çatdırılacaq

Azərbaycanda nağdsız hesablaşmaların həcmi 80%-ə çatdırılacaq "Azərbaycanda nağdsız hesablaşmalar ümumi dövriyyənin 8%-i həcmindədir".

APA-nin məlumatına görə, bunu bu gün Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik Sahibkarlıqla iş Departamentində vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcək bir qrup vergi ödəyicisinə sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında qəbzin (patentin) təqdim edilməsinə həsr olunmuş tədbirdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, "Strateji yol xəritəsində" ölkədə nağdsız hesablaşmaların həcminin 2020-ci ilədək 30%-ə çatdırılması nəzərdə tutulur. "2025-ci ilədək ölkədə nağdsız hesablaşmaların həcminin 50%-ə çatdırılması planlaşdırılır. 2025-ci ildən sonra isə bu göstəricinin 80%-ə çatdırılması hədəflənib", - deyə Ə. Məmmədov vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri