Olland: “Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır”

Olland: “Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır” “Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır, xüsusən də kommersiya sahəsində”.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland Almaniya kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Gəlin açıq danışaq. ABŞ administrasiyasının qarşımıza qoyduğu çağırışlar var. Bu, ticarət qaydalarına, habelə dünyadakı münaqişələrin həlli ilə bağlı mövqeyimizə aiddir. Əlbəttə ki, Trampla dialoq aparmalıyıq, çünki onu amerikalılar seçiblər. Lakin bunu Avropa dəyərlərini nəzərə almaqla, maraqlarımız naminə etməliyik “, - deyə o vurğulayıb.

Merkel isə Trampın adını çəkməsə də, dünyadakı şərtlərin tez və dramatik istiqamətdə dəyişdiyini bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri