Bakı-Sumqayıt yolunda 10-a yaxın avtomobil toqquşub
- 28.01.2017, 10:31,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.
Respublika Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yolda 10-a yaxın avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Polis əməkdaşları ərazidə araşdırma aparırlar.
Hadisə nəticəsində yolda tıxac yaransa da, hazırda hərəkət təmin edilib.
Qəzaya qarın yağması və yolun hərəkət istiqamətinin sürüşkən olması səbəb olub.
APA