Gənc mügənnin maşını qəflətən yanıb

Gənc mügənnin maşını qəflətən yanıb Ötən gün maşını yanan tanınmış müğənni Zarina Məmmədova başına gələn hadisə ilə bağlı açıqlama verib. ANS-in məlumatına görə, müğənni xoşagəlməz olaydan salamat qurtulduğu üçün şükür etdiyini deyib. Müğənni hadisənin qəsdlə törədildiyinə inanmır.


“Hər kəs mənə zəng edib deyir ki, avtomobil öz-özünə alışa bilməz. Ancaq mən kiminsə bu işə qol qoyduğuna inanmıram. Ola bilməz ki, mənə kimsə bu dərəcədə nifrət edir. Bu, sadəcə qısaqapanma nəticəsində baş verə bilən hadisədir. Bəlkə də çıxacağım var idi. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır. Mən yenə də bu addımın kiminsə tərəfindən atıldığına inanmıram”.


Təhsil aldığı Azərbaycan Milli Konservatoriyasını bitirən və elə hadisə günü dövlət imtahanından keçən Zarina özünü yaxşı hiss etdiyini deyib. "Bu vəziyyətdə imtahan verib uğurlu nəticə belə əldə edə bildim. İnsan Allah tərəfindən göndərilən hər şeyə şükür etməlidir. Sevinirəm ki, özüm maşında olmamışam. O hadisənin təsəvvüründən belə qorxmuşamsa avtomobildə olsaydım nə baş verərdi düşünmək belə istəmirəm. Allah canlara dəyməsin. Təki olanlar dəmirə olsun”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri