Tramp məmurların xarici ölkələrin maraqlarına xidmət edən lobbiçilik fəaliyyətinə qadağa qoyub
- 29.01.2017, 11:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Donald Tramp məmurların xarici ölkələrin hökumətlərinin maraqlarına xidmət edən lobbiçilik fəaliyyətinə ömürlük qadağa tətbiq edib.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, lobbiçilik fəaliyyətinin digər növlərinə isə 5 illik qadağa qoyulub.
“Mənimlə işləmək istəyənlər fikrini xidmətindən sonra əldə edəcəyi qazanca yox, Amerika xalqına xeyir gətirməyə yönəltməlidirlər”, - deyə Tramp qeyd edib.