ARDNŞ: TAP layihəsinin seçilməsi siyasi qərar deyil
- 28.06.2013, 17:33,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi infrastruktur baxımından çox vacib layihədir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksəkvəzifəli nümayəndəsi deyib.
Onun sözlərinə görə, "Şahdəniz" layihəsi Xəzər regionunda və ondan kənarda layihələrin həyata keçirilməsini nəzərdə tutur.
ARDNŞ nümayəndəsi bildirib: "Eyni zamanda, Azərbaycanda qaz digər yataqlardan hasil ediləcək və başqa layihələr nəzərdən keçiriləcək. "Nabucco" qaz kəməri layihəsinə gəlincə, gec və ya tez bu boru kəmərinin doldurulması üçün qaz əldə edəcəyik".
O, qeyd edib ki, Transadriatik qaz boru kəməri (TAP) layihəsi seçilərkən kommersiya maraqları əsas götürülüb və bu, siyasi qərar deyil.