Şəmkirdə kütləvi dava olub, iki əmi oğlu xəsarət alıb
- 29.01.2017, 11:52,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkirdə kütləvi dava olub.
APA-nın verdiyi məlumata görə, dava rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.