Günay İbrahimliyə iki maqazin verlişindən söz atdılar

Günay İbrahimliyə iki maqazin verlişindən söz atdılar Gənc müğənni Günay İbrahimli bu həftə iki maqazin proqramının gündəmində olub.


Live.az-ın məlumatına görə öz işləri ilə və xəbərləri ilə hər zaman gündəmə gələn müğənni, bu dəfə öz açıqlaması ilə gənc müğənnilər tərəfində təndqidlərə tuş gəlib.


Müğənnilər Günay İbrahimli və Elçin Cəfərov bir neçə gün qabaq "Rəqibim yoxdur" deyə açıqlama vermişdilər.


"Eurovision 2011" qalibi Eldar Qasımov "Xəzər maqazin"ə bu gür açıqlama verən ifaçılara cavab verib: "Mənəm-mən deyən, elə belə deyə-deyə də qalacaq. Allah can sağlığı versin".



Digər telekanalda "Lider maqazin"ə əkiz bacılar Sevil və Sevinc Səfərovalar daha sərt cavab veriblər.


"Nə qədər çox danışırsansa, o qədər iş görməlisən. Ona görə də biz az danışırıq. Deyirlər, nömrə birəm. Əgər iddialısansa, iş də görməlisən. Boş-boş danışmaqla ki, nömrə birəm, rəqibim yoxdur heç nə olmur. Yalandan deyirlər ki, konsert etdim, 200 min gəlir əldə etdim." - deyə bacılar bildirib.


Həmçinin əlavə ediblər ki: "Biz onunla nə dostl münasibətindəyik, nə də düşmən. Bizim üçün o, bu həyatda yoxdur! Onun üçün də yəqin biz. Biz Günay İbrahimlinin yolunu nə başlamaq, nə də bitirmək istəyərik".


Görünür Günay İbrahimli açıqlaması ilə bir çox gənc müğənillərin qəzəbinə gəlib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri