Azərbaycanlıların 85 faizi Vətəni uğrunda döyüşməyə hazırdır - WIN/Gallup International

Azərbaycan vətəndaşlarının 85 faizi öz Vətəni uğrunda döyüşməyə hazırdır.

APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, bu, “WIN/Gallup International” tərəfindən aparılan sorğu zamanı məlum olub.

Sorğu dünyanın 64 ölkəsində keçirilib. Ümumilikdə respondentlərin 61 faizi ölkələri uğurunda döyüşməyə hazır olduğunu, 27 faizi isə döyüşməyə hazır olmadığını bildirib.

Vətəndaşları ölkələri uğurunda döyüşməyə hazır olan ölkələr daha çox Yaxın Şərq və Şimali Afrikada (83 faiz), Qərbi Asiyada (82 faiz), ən az isə Qərbi Avropa (25) regionundadır. Yaponlar sorğu zamanı ölkələri uğrunda döyüşməyə ən az hazır olan (11 faiz) respondentlər olublar. Almanların 13 faizi, britaniyalıların 27 faizi, fransızların 29 faizi ölkələri uğrunda döyüşməyə hazırdır.

Sorğunun nəticələrinə görə, azərbaycanlıların 85 faizi Vətənləri uğrunda döyüşməyə hazırdır. Azərbaycanlılar ölkələri uğrunda döyüşməyə hazır olan xalqlar sırasında 6-cı yerdə qərarlaşıb. Gürcülər 76 faizlik göstərici ilə 9-cu, ermənilər 72 faizlik göstərici ilə 15-ci yerdə qərarlaşıb. Siyahıya 94 faizlik göstərici ilə Mərakeş və Fici başçılıq edir. Ukraynalılar 62 faizlik göstərici ilə 24-cü, ruslar 59 faizlik göstərici ilə 27-ci, İsrail 66 faizlik göstərici ilə 20-ci yerdə qərarlaşıb.

Sorğuya hər ölkədən 1000 nəfər cəlb edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri