ABŞ-ın neft hasilatını artırması nefti ucuzlaşdırır

ABŞ-ın neft hasilatını artırması nefti ucuzlaşdırır Dünya birjalarında neft ucuzlaşıb.

APA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,41% azalaraq 52,95 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,38% azalaraq 55,31 dollar olub.

Neftin ucuzlaşmasına ABŞ-da hasilatın artırılması ilə bağlı xəbərlər səbəb olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri