Səhiyyə Nazirliyi ət-süd məhsullarının təhlükəsizlik göstəricilərini yoxlayacaq
- 28.06.2013, 17:33,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət obyektlərində satılan ət-süd məhsullarının təhlükəsizlik göstəricilərini yoxlayacaq.
Bunu Trend-ə Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, bu yoxlamalar RGEM-in bu ilin ikinci yarımiliiyində aparacağı ilk yoxlama olacaq. Yoxlamalara yaxın zamanlarda başlamaq nəzərdə tutulur.
Yoxlamaların avqustun sonunda tamamlanması planlaşdırılır. Hazırda isə RGEM tərəfindən bu ilin ilk yarımilliyində aparılmış yoxlamaların hesabatı hazırlanır.