Pan Gi Mun Cənubi Koreyanın prezidenti ola bilər
- 30.01.2017, 12:01,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənubi Koreya parlamentin ekspert qrupu belə qənaətə gəlib ki, BMT-nin sabiq baş katibi Pan Gi Mun prezident ola bilər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, parlament üzvləri ümumdünya təşkilatının Baş Assambleyasının bunu etməmək tövsiyə edən qətnaməni tədqiq edərək bəyanat yayıb.
Bəyanata görə, həmin qətnamə BMT-nin sabiq baş katiblərinə dövlət başçısı olmağa qadağa qoymur.
Qeyd edək ki, Pan Gi Mun 2017 yanvarında BMT-nin baş katibi vəzifəsində 10 il çalışdıqdan sonra Nyu Yorkdan qayıdıb.