Azərbaycan XİN rəhbəri: “İşğal olmuş rayonları bir-bir azad edəcəyik”
- 31.01.2017, 14:23,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik".
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu, birinci addımdır: "Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin".