Ağcabədidə avtomobil kanala düşüb, bir nəfər ölüb
- 31.01.2017, 14:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağcabədi rayonunda avtomobil kanala düşüb.
APA-nın xəbərinə görə, hadisə rayonun Kəbirli kəndi ərazisində baş verib. Rayonun Üzeyirli kənd sakini, 1962-ci il təvəllüdlü Əliyev Valeh İnqilab oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobilin idarəetməsini itirib və maşın su kanalına düşüb.
V. Əliyev boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.