Nazirlik: Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq

"Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq".

Bunu APA-ya Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, universitetin diplomlarının tanınmaması məsələsi Azərbaycana aid deyil: “Düşünürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem olmayacaq. Eyni zamanda vurğulamaq istərdim ki, hazırda təhsil alan tələbələrin təhsili məsələsi də müsbət həllini tapıb. Çünki onlar təhsillərini bitirdikdə artıq yeni bir universitetin məzunu olacaqlar və diplomların tanınması ilə bağlı heç bir problem olmayacaq. Bu da tələbələr üçün müsbət bir haldır”.
Şərhlər
Sosial bölməsinin xəbərləri