ABB-dən kredit almış 63 hüquqi və 156 fiziki şəxs barəsində materiallar DİN-ə göndərilib
- 01.02.2017, 17:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə birgə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib.
Maliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hal-hazıra kimi 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materialları hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.