Təranə Qumral: “Şayiələrdən sonra bizi toya daha çox çağırmağa başlayıblar”

“Şayiələrdən sonra bizi toya daha çox çağırmağa başlayıblar”.


ANS-in məlumatına görə, bunu müğənni Musa Musayevin keçmiş həyat yoldaşı Təranə Qumral deyib: “Musa ilə rəsmi şəkildə evli olmasaq da yenə bir yerdəyik. Toylara gedirik, çörək pulumuzu qazanırıq. Məlum söz-söhbətdən sonra bir çoxları deyirdi ki, bizi daha el şənliklərinə dəvət etməyəcəklər. Amma əksinə oldu. Pis gözlərdən iraq, heç dayanmağımız yoxdur. Bütün günü toyda və şou proqramdayıq. Elə gün olur ki, 3 toyda iştirak edirik. Bizi toylarına çağıran adamlar isə deyirlər ki, Təranə xanım Musa ilə bir-birinizə yaraşırsınız. Həmişə bir yerdə olun. Çünki sizi daim bir yerdə görmüşük. Yəni sözümün canı odur ki, şayiələrlə bizi vurmadılar. Əksinə biz daha da sevildik ”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri