Mehriban Xanlarova ilə Kərim Abbasov arasında qalmaqal böyüyür
- 01.02.2017, 18:16,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Kərim Abbasov və Əməkdar artist Mehriban Xanlarova arasında məhkəmə çəkişməsi yekunlaşıb. İfaçı məhkəmənin qərarı ilə aktrisadan rəsmi “Instagram” hesabında üzr istəyib. Lakin onun paylaşdığı fotoşəkil sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Live.az İstiPress-ə istinadla xəbər verir ki, Mehriban Xanlarova ifaçının bu addımına görə onu yenidən məhkəməyə verəcəyini bildirib.
“Bu, yenə deyəsən, özü “qaşınır”. Yenidən məhkəməyə gedər. Deyəsən, min manat cərimə ona azlıq edib. Onun paylaşımı və insanların həmin paylaşımına olan reaksiyalarının şəklini çəkib saxlayıram. Yenidən məhkəməyə müraciət edəcəyəm. İkinci dəfədir ki, belə iş görür. Min manat az olub, gələn dəfə məbləği artıraram. Bu dəfə ona çox ağır olacaq. Onu mən içəri otuzdurmasam, Mehriban deyiləm. Onun paylaşımı lağdır, üzr istəmək deyil. Uşaq deyilik ki... Özü “qaşınır””.
Aktrisa səhhəti ilə bağlı da açıqlama verib:
“Yazıb ki, guya mənim səhhətimdə problem var. Bu, yalandır. 2 gün əvvəl səhnədə 4 tamaşa oynamışam. Gəlib yoxlasınlar, görüm, mənim səhhətimdə nə problem var axı?! Mən onun səviyyəsinə düşən deyiləm. Cavab da verməyəcəyəm. Qanun qarşısında cavab verər”.