Zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
- 02.02.2017, 17:11,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilib. Vətəndaş isə üzərində gömrüyə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir əşyanın olmadığını bildirib.
Lakin şəxsi yoxlama zamanı, gömrük əməkdaşının vətəndaşı bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını - 12 ədəd üzük, 7 cüt sırğa, 2 ədəd qolbaq, 3 ədəd qolçaq, 4 ədəd boyunbağı və 1 ədəd kolyeni çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 354,70 qram olan 875/916 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.