Azercell-dən nömrə satışının dayandırılması ilə bağlı açıqlama
- 02.02.2017, 19:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azercell Telekom" MMC nömrə satışının dayandırılması ilə əlaqədar açıqlama yayıb.
Şirkətin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir:
“Fevralın 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni onlayn sistem üzrə aparılır. Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. Azercell-in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün "Azercell" diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyatı mövcüd idi və satışları ehtiyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir.
Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz".