Ərdoğan: “Yeni konstitusiya icra hakimiyyətini möhkəmləndirəcək”

Ərdoğan: “Yeni konstitusiya icra hakimiyyətini möhkəmləndirəcək” Türkiyə konstitusiyasına dəyişikliklər icra hakimiyyətinə daha operativ qərarlar qəbul etməyə imkan verəcək. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Almaniya kansleri Angela Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Yeni konstitusiya icra hakimiyyətinə daha operativ fəaliyyət göstərməyə imkan yaradacaq, qanunverici hakimiyyətə operativ qərarlar qəbul etmək üçün yol açacaq və məhkəmə hakimiyyətini möhkəmləndirəcək. Parlament referendumun keçirilməsinə dair qərar qəbul edib. Yekun qərarı xalq verəcək. Düşünürəm, referendum apreldə keçiriləcək”, - deyə Ərdoğan qeyd edib.

Merkel, öz növbəsində, ATƏT müşahidəçilərinin keçiriləcək referendumda iştirak etməsinin vacibliyini qeyd edərək, yeni siyasi sistemdə hakimiyyət bölgüsünün qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri