Izzət Bağırov: "İnstaqram-da 70 min izləyicimdən 50 minini tanıyıram"

Izzət Bağırov: "İnstaqram-da 70 min izləyicimdən 50 minini tanıyıram" İstedadlılar qalıb qıraqda, istedadsızlar SMS-lə qalib olur


ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı olan məşhur müğənni İzzət Bağırov maraqlı açıqlamalar verib.

Sevilən ifaçı sosial şəbəkələrdəki aktivliyindən danışıb:

"İnstaqramı məcburiyyət qarşısında qalıb açmışam. Gördüm ki, mənim adımdan saxta səhifələr açılır. Dostlarım da dedi ki, konsertin olacaq, konsertdən 3-4 ay öncə aç və o haqda paylaşımlar et. Düşündüm ki, açaram konsertdən sonra bağlayaram. Sonra vəziyyət belə gətirdi və alışdım silmədim. İzləyici sayı da çoxaldı, mən də işlətməyə qərar verdim. Mənim səhifəmdə 70 min adam var, onun 50 minini tanıyıram. Artıq bilirəm ki, onlar kimdir. Çox ünsiyyətdə olmuşam deyə, bilirəm".

Daha sonra müğənni İncəsənət Universitetindəki təhsilindən söz açıb:

"Konservatoriyaya girmək istəsəm də, İncəsənət Universitetinə daxil oldum. Məni kəsdilər deyə daxil ola bilmədim. Kəsiblərsə də, sağ olsunlar. Tar ifaçısı kimi özümü sınamışdım. Bülbül adına musiqi məktəbini 2 diplomla bitirmişdim. Məni çox adam tanıyırdı, konsertlər verirdim. "7-17"-dən də məni tanıyırdılar. Konservatoriyaya vokal qrupuna sənədlərimi vermək istəyəndə bəlli bir kəsirim oldu. Deməyəcəm kimlərdən oldu. Çünki bəziləri dünyasını dəyişib. Mənə şərt qoydular ki, 5 il ərzində efirlərdə oxumayacaqsan. Mən də razılaşmadım. İncəsənət Universitetinə imtahan verib daxil oldum. O vaxt da bizim "patok"un uşaqları da populyar idi. Kənan MM, Samira, Sevda, Vəfa Zeynalova və s. Hamı da öz sözünü dedi. Test imtahanında mənə 110-120 bal lazım idi. Mən 465 bal yığmışdım. Mən çox yaxşı oxuyurdum. Bu an elə özümdə evdə 5-ci sinifdən 11-ci sinifə kimi tarix və ədəbiyyat dərslikləri var. Nəsə yadımdan çıxanda götürüb baxıram".

İfaçı "7-17" yarışmasından da bəzi xatirələr bölüşüb: "Həqiqətən, səs yarışması idi. Münsiflər də Ağaxan Abdullayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə və digərləri. Münsiflər də öz sözünü demiş şəxslər idi. İndi isə gənclərin çoxu münsifdir. İndi həm də SMS-lə qaliblər bilinir. Görürsən ki, istedadı və səsi olan qalıb qıraqda, istedadı və səsi olmayan biri qalib olur. O yarışmadan bir çox ifaçılar çıxdı və indi populyar müğənnidirlər. Amma qrup kimi isə "Karvan" və "Vətən" qrupu var ki, bunların konsertləri anşlaq olurdu. Sonradan qrupdan tək fəaliyyət göstərdim və "Kəmər belimi kəsdi" mahnısını oxudum, 1 gecəyə məhşurlaşdım. O vaxt həm də türk mahnıları oxumağa başladım. Metro ilə dərsə gedəndə gördüm ki, tələbələr üstümə hücum çəkib avtoqraf istəyir. O vaxt çox mehribançılıq idi xalq arasında. Amma indi maşınla işıqforda dayananda bir piyada keçəndə səni görür və ilk öncə maşınına baxır, sonra nömrəsinə və s. İndi bu şeylər qabaqlayır, diqqət edirlər. Çox dəyişiklik var. 20 il bundan əvvəl efirdə güdürdük ki, kim nə oxuyacaq, amma indi efirdə güdürlər ki, kim nə deyəcək, nə geyinəcək, kimə söz atacaq. Şəhriyar Mədəniyyət Mərkəzində mənim ayağımın izləri qalıb. O qədər orada konsert vermişəm ki.. Ora təmir olunsa da, yenə də mənim iyim gəlir".

İzzət Bağırov övladlarının yolunu davam etdirməsini istəmədiyini açıqlayıb:

"Qətiyyən istəmirəm ki, onlar mənim yolumla getsin. Bəlkə də ola bilər. Amma çalışdığım qədər uzaq tutacam. Bununla mübarizə aparacam. Mən bu sənətlə tanınıb çörək qazanmışam. Amma istəmirəm ki, mənim keçdiyim çətin yollardan keçsinlər".

O, "Yar aman yar" mahnısını türk ulduzların oxumasına da toxunub:

"Həmin mahnımı Türkiyədə elə pop ulduz yoxdur ki, götürüb oxumasın. "Bəs mən indi neyləyim" mahnımı isə Nilufər götürüb oxudu, alboma daxil edib, hətta klip də çəkdirib. Türklər də bizim mahnıları oxuyur".








Milli.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri