Bakıda sinif yoldaşını bıcaqlayan şagird polis bölməsinə aparılıb
- 03.02.2017, 12:30,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakının Binəqədi rayonunun 217 saylı məktəbinin həyətində şagirdin bıçaqlanması ilə bağlı rəsmi məlumat yayıb.
İdarədən Trend-ə bildirilib ki, fevralın 3-də səhər saat 8 radələrində dərs başlamamışdan əvvəl məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib. Məktəbdən təcili-tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
İdarədən əlavə edilib ki, məktəbdən hər iki şagirdin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu bildirilib.