BNA: Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var
- 03.02.2017, 14:38,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmir". "APA-Economics" xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.
"Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur. Bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır", - deyə M. Abbasov qeyd edib.
Müşavir avtoparkların da standartlara cavab vermədiyini əlavə edib.