MBNP: Bank sektoru ötən ili 1,7 mlrd. manatlıq zərərlə başa vurub

MBNP: Bank sektoru ötən ili 1,7 mlrd. manatlıq zərərlə başa vurub Azərbaycanın bank sektorunun 2016-cı ili zərərlə başa vurub.


Live.az xəbər verir ki, bu barədə APA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayının 1-nə bank sektorunun məcmu zərəri 1 mlrd. 667,6 mln. manat təşkil edib.


Bundan öncə MBNP-nin açıqladığı 11 aylıq statistikada qeyd edilib ki, bank sektorunun zərəri 1 mlrd. 271,5 mln. manatdır.


Ötən ilin noyabrın 1-nə banklar üzrə hesablanmış zərər 969,5 mln. manat, oktyabrın 1-nə isə 1 mlrd. 547,1 mln. manat təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri