Şou aləmində gənc müğənillər arasında qalmaqallı məqam yaranıb.
Live.az-ın məlumatına görə, gənc müğənni Günay İbrahimli öz işləri və xəbərləri ilə hər zaman gündəmə gələn müğənni, bu dəfə öz açıqlaması ilə yaşıdları təfəfindən təndqidlərə tuş gəlib.
Müğənnilər Günay İbrahimli bir neçə gün qabaq TV-də açıqlama verərək bildirib ki, "Rəqibim yoxdur"!.
"Eurovision 2011" qalibi Eldar Qasımov "Xəzər maqazin"ə bu gür açıqlama verən ifaçılara cavab verib: "Mənəm-mən deyən, elə belə deyə-deyə də qalacaq. Allah can sağlığı versin".
Buna cavab olaraq Günay İbrahimli PrimeTime saytına intervyu verərərk bildirib ki "Eldara bir sualım var, yəqin ki, sosial medianın nə olduğunu bilir. Bu şəbəkələrin istifadəçiləri yalnız bizim dostlarımız deyil. Bütün Azərbaycan tamaşaçısı buradadır. Bir nömrə olduğumu sübut edən elə sosial şəbəkə hesablarım, gördüyüm işlər, layihələrim, kliplərim, mahnılarımdır. Maşallah olsun ki, iki gündən bir məni toy məclislərinə dəvət edirlər. Sadaladıqlarımı cəm etdim və onlara arxalanaraq bir nömrə olduğumu dedim. Əgər kimsə dediklərimi bəyənmirsə, bunu qavramaq və dərk etmək məcburiyyətindədir. Gəlin bayaq adını çəkdiyim sosial media hesablarımızı müqayisə edək. Hər hansı həvəskar çəkiliş etdiyim videonu Instagram hesabımda paylaşıram və çarx 2 gün ərzində yüz minə yaxın baxış toplayır. Bəyənmə və rəylər barədə hələ danışmıram. Bu gün təsadüfən Eldarın hesabına daxil oldum. Hətta sizin jurnalist olaraq izləyiciniz Eldardan çoxdur. Cəmi 19 min izləyicisi var. 3 gün öncə etdiyi video paylaşım ümumilikdə 650 baxış olub. 650 adam mənə təkcə toyda baxır. Düzdür, hər kəs özünə görə sənətçidir. Amma Eldar Qasımov 2011-ci ilədən bu günədək ərsəyə gətirdiyi güclü bir layihəsindən danışsın."
Həmçinin əlavə edib ki, Eldar 2011-ci ildə qalıb.
Bu xəbərləri eşidən teleaparıcı telaparıcı Ranar Musayev şərhində bildirib ki: "Necə güldüm! OMG! 1 milyarda yaxın tamaşaçı auditoriyası olan Eurovision, qalibinin uğuru ilə instaqram hesabını müqayisə etmək. Əcnəbi pərəstişkarlarının əlindən, Eldarla Avropada, küçələrdə gəzişmək mümkün deyil! Siz nədən danişırsız? Hansı pillədən söhbət gedir? Instaqrama isə meymun şəkili qoysan belə "like/follow" edirlər."
"Günayçik, sorry, dözəmmədim! Vallah şəxsi bir şey deyil! Sadəcə: 1-si: Eldarın işi dərdi bitib ki, kiməsə söz atsın? 2-si: Avropani Azərbaycana gətirən səbəbkarlardan birinin möhürü uğuruna görə yox, məhz bu "Comedy Woman" sayağı müsahibəyə görə artacaq instagram izləyiciləri? Elə artmasa daha yaxşıdır! Sən dəyərlərə bir bax... Uçurumdanda o yana yol var imiş.. ", - deyə aparıcı əlavə edib.
Xatırladaq ki, Günayın bu açıqlamasına Sevil və Sevinc bacılarıda açıqlama verərkən bildirmişdirlər ki, sənət instagram fotosessiya və video çarxlar bölüşməklə bitmir, və ümmiyyətlə onlar üçün Günay İbrahimli mövcu deyil (Red: Günay İbrahimliyə iki maqazin verlişindən söz atdılar).
Burdan bir sual yaranır, İnstagram izlıyicilərinin sayı reytinq göstəricisi ola bilərmi?