Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alındı
- 04.02.2017, 12:37,
- Hadisə / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.
Vətəndaşın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxs isə sorğu-sual zamanı əl yükündə 10.000 ABŞ dollarından artıq xarici valyutanın olduğunu bildirib.
Daha sonra vətəndaşa məxsus əl çantasının yoxlanılması nəticəsində, çantanın içərisində gömrük orqanına əvvəlcədən təqdim olunmamış, şifahi, yazılı və elektron formada bəyan edilməmiş 261 ədəd - hər biri 100 ABŞ dolları nominalında, 2 ədəd 50, 13 ədəd 20 və 14 ədəd 10 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26.600 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.