Dənizdə köməksiz vəziyyətdə qalan iki balıqçı xilas edilib
- 06.02.2017, 09:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalması barədə məlumat daxil olub.
DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkarlanıb. Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.