61 yaşlı qadın özünü 7-ci mərtəbədən atıb
- 06.02.2017, 10:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə məcburi köçkün intihar edib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Ağdam rayonundan olan məcburi köçkün, 61 yaşlı Səidə Eminova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.