Bakı Nəqliyyat Agentliyi ( BNA) tərəfindən 20 yanvar dairəsində mütəmadi müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı təkliflərin reallaşdırılması istiqamətində işlər davam etdirilir. BNA-dan verilən məlumata görə, layihə çərçivəsində ilkin olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 20 yanvar dairəsində müəyyən edilmiş yerlərə sfetaforların qoyulmasını təmin edib. Advertising 11 Bildirək ki, bir qismi artıq reallaşan və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkətində konflikt nöqtələrinin və ləngimələrin aradan qaldırılmasına səbəb olan həmin təkliflər aşağıdakılardır:
1. Dairədə nəqliyyat axınının svetofor vasitəsilə 2 fazalı rejimdə idarə edilməsi; 2. Moskva prospektindən dairəyə daxil olan yolda hərəkət zolaqlarının sayının artırılaraq 6 zolağa çatdırılması; 3. Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi; 4. Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi; 5. Müzəffər Həsənov küçəsindən Həsən bəy Zərdabi küçəsinə yönləndirilmiş nəqliyyat axının dairəyə daxil olmasını təmin etmək məqsədilə Zərdabi küçəsində yolu genişləndirməklə minik avtomobilləri üçün damla tipli, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yarımdamla tipli geriyə dönmə yerinin təşkil edilməsi; 6. Həsən bəy Zərdabi küçəsindən dairəyə daxil olan nəqliyyat axınının Moskva propsketindən daxil olan axınla qovuşma zolağında istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsi istiqamətində yönləndirmək.