Putin Ərdoğana Suriyadakı hadisə ilə əlaqədar başsağlığı verib

Putin Ərdoğana Suriyadakı hadisə ilə əlaqədar başsağlığı verib Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, V. Putin türkiyəli həmkarına Suriyada baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, Rusiya təyyarəsinin Suriyada aviazərbəsi nəticəsində 3 türk əsgəri ölüb, 11 nəfər yaralanıb.


***


Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: "Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-ə qarşı "Fərat qalxanı" adlı hərbi əməliyyat keçirir. Son iki gün ərzində Əl Bab qəsəbəsi uğrunda döyüşlərdə 10 türk hərbçisi həlak olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri