Banklara küllü miqdarda borcu olduğuna görə Azərbaycandan qaçan özbək iş adamı beynəlxalq axtarışa verilib

Azərbaycan hüquq-mühafizə orqanları özbək iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, milliyyətcə özbək olan Rusiya vətəndaşı, 66 yaşlı Nəbi Şadiyev dələduzluqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

APA-nın əldə etdiyi məlumata görə, N. Şadıyev “Şəki-İpək” ASC-nin şəriklərindən biri olub.

Azərbaycanda işlədiyi dövrdə banklara külli miqdarda borcu olan N. Şadiyev səhmlərini də götürərək ölkədən qaçıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri