Tullantıların arasında tapılan 120 kq xırda pul Mərkəzi Banka təhvil verilib
- 10.02.2017, 12:05,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda görülmüş işlər 2016-cı il ərzində çeşidləmə zavodunda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təhvil verilən tullantıların həcminə müvafiq olaraq 84 min 496,68 ton tullantı qəbul edilib.
APA xəbər verir ki, bundan 51 min 977,20 ton orqanik (yararsız) tullantı ayrılaraq yerləşdirilməsi üçün Balaxanı poliqonuna göndərilib, qalan 32 min 519,48 ton tullantının çeşidlənməsi nəticəsində 6 min 424,77 ton xammal ayrılıb və təkrar emala yönəldilib. Ayrılan xammalın miqdarının artırılması üçün müvafiq tədbirlər görülür.
Bununla yanaşı zavodda 2016-cı ildə çeşidləmə zamanı tapılmış müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) toplanılaraq Bakı şəhər Baş Polis idarəsinin Tapıntılar bürosuna, müxtəlif nominalda tapılmış 120 kq-dan artıq xırda pullar toplanılaraq Azərbaycan Mərkəzi Bankına təhvil verilib.