Avroviziya qalibi Nigar Camal «Klip +» verlişində şəxsi həyatından danışıb.
Live.az xəbər verir ki, boşanmasının səbəbindən danışaraq bildirib ki "Xoşbəxt qadın heç vaxt boşanmaz".
"Həyatında sevgi var mı?" sualına isə belə cavab verib:
"Hal-hazırda düzünü desəm yox. Mənim 2 ildən artıqdır ki, həyatımda sevgi yoxdur. Bəzən insanlar deyirlər ki, ola bilməz! Necə ola bilər ki, siz tək ola bilərsiz? Əslində deyə bilərəm ki, tək olanda özümü daha da yaxşı hiss edirəm.
Müğənni "Nigar Camal ikinci dəfə ərə gedər?" sualına belə cavab verib:
"Ola bilər. Həyat elədir ki, heç kim bilmir. Əslində uşaqlarımın gələcəyini düşünürəm. Amma gələcəkdə nə olacaq heç kim bilmir".